Modern.az

“Prius”da köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

“Prius”da köməksiz qalan şəxs belə xilas edildi - VİDEO

Hadisə

12 Dekabr 2023, 16:10

Suraxanı rayonunun Zığ şosesində yol qəzası olub.

 

Modern.az xəbər verir ki, vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə FHN-in qaynar telefon xəttinə məlumat daxil olub. 

 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?