Modern.az

Maşın hasara çırpıldı - Sürücü öldü

Maşın hasara çırpıldı - Sürücü öldü

Hadisə

13 Dekabr 2023, 08:18

Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

 

Belə ki, Şirvan şəhər sakini 1965-ci il təvəllüdlü Məmmədov Elçin Adil oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?