Modern.az

Daha bir uşaq qızılcadan ÖLDÜ

Daha bir uşaq qızılcadan ÖLDÜ

Hadisə

13 Dekabr 2023, 23:51

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

 

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

 

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

 

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

 

Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

 

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza