Modern.az

Metroda sərnişin faciəli şəkildə ÖLDÜ

Metroda sərnişin faciəli şəkildə ÖLDÜ

Hadisə

14 Dekabr 2023, 08:20

Saat 6:30 radələrində "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

 

Bu barədə Modern.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

 

Yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.

 

Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?