Modern.az

Bağlı qapı arxasında qalan 3 yaşlı uşaq belə xilas edildi - VİDEO

Bağlı qapı arxasında qalan 3 yaşlı uşaq belə xilas edildi - VİDEO

Hadisə

14 Dekabr 2023, 10:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə tək qalan azyaşlının - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb.

 

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını xilas edərək yaxınlarına təhvil veriblər.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza