Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildiriblər ki, ilkin məlumatlara görə, yeraltı təkanlar Xəzər dənizinin cənub hissəsində qeydə alınıb.
Yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.