Modern.az

Yasamalda iki maşın toqquşdu - Yaralı var 

Yasamalda iki maşın toqquşdu - Yaralı var 

Hadisə

14 Dekabr 2023, 23:56

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

 

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb.

 

Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb. “Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

 

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

Sürücü axtarışdadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?