Bakıda şirkətdə fəhlə iş vaxtı başına dəmir dəyməsi nəticəsində xəsarət alıb.
Modern.az xəbər verir ki, Zahid Cabbarov Nərimanov rayon ərazisində "Azfence" MMC-ə məxsus sahədə yük maşınına dəmir parçaları yüklədiyi zaman yıxılıb. Bu zaman dəmir onun başına dəyərək ağır xəsarət yetirib.
Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Araşdırma aparılır.