Modern.az

Rusiya sülhməramlılarının “Kamaz”ı yandı - 1 nəfər xəsarət aldı

Rusiya sülhməramlılarının “Kamaz”ı yandı - 1 nəfər xəsarət aldı

Hadisə

15 Dekabr 2023, 12:14

Bu gün Ermənistanın Zəngəzur bölgəsində fövqəladə hadisə baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan-Meğri magistral yolunun Sisian-Spandaryan hissəsində “Kamaz” markalı yük maşınının yanması barədə məlumat daxil olub.

 

Yanğın Rusiya sülhməramlılarına məxsus “Kamaz” markalı avtomobildə baş verib. Məlumata görə, həmin avtomobilə silah və sursat yüklənibmiş.

 

Bir nəfər xəstəxanaya aparılıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?