Modern.az

Sərxoş kişini maşın vurub öldürdü

Sərxoş kişini maşın vurub öldürdü

Hadisə

16 Dekabr 2023, 22:40

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, saat 20:30 radələrində rayonun Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

 

Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza