Modern.az

Sumqayıtda ağır qəza - Polis öldü

Sumqayıtda ağır qəza - Polis öldü

Hadisə

17 Dekabr 2023, 00:51

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

 

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

 

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?