Modern.az

Kəlbəcərdə yük maşını aşıb - Ölən var

Kəlbəcərdə yük maşını aşıb - Ölən var

Hadisə

17 Dekabr 2023, 16:35

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!