Modern.az

Qaz balonu partladı - Ər-arvad yaralandı

Qaz balonu partladı - Ər-arvad yaralandı

Hadisə

17 Dekabr 2023, 21:26

Lerikdə yaşayış evində maye qaz balonunun partlaması nəticəsində ər-arvad ağır bədən xəsarətləri alıblar.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan verilən məlumata görə İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.rılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?