Modern.az

Bakıda daha bir yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakıda daha bir yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Hadisə

19 Dekabr 2023, 10:32

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!