Modern.az

Xətaidə çayxana yandı

Xətaidə çayxana yandı

Hadisə

19 Dekabr 2023, 15:28

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd fri aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 ədəd qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb.

 

Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı 2 m² sahədə qarsalanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?