Modern.az

İki gənci maşın vurdu - Biri öldü

İki gənci maşın vurdu - Biri öldü

Hadisə

20 Dekabr 2023, 20:34

Dekabrın 20-si saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Hadisə nəticəsində piyadalardan biri-2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?