Modern.az

Yevlaxda dəm qazından zəhərlənən kişi ÖLDÜ

Yevlaxda dəm qazından zəhərlənən kişi ÖLDÜ

Hadisə

22 Dekabr 2023, 10:00

Yevlax rayon sakini yaşadığı evin hamam otağında ölü tapılıb.

 

Modern.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Ağayev Osman Allahverdi oğlunun yaşadığı Yevlax şəhəri İ.Dəmirov küçəsi, ev 82 ünvanında yerləşən mənzilin hamam otağında meyiti aşkarlanıb.

 

Onun hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?