Modern.az

Bir ay əvvəl itkin düşən reperin meyiti TAPILDI

Bir ay əvvəl itkin düşən reperin meyiti TAPILDI

Hadisə

22 Dekabr 2023, 19:04

Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

 

İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxanı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.

 

Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.

 

Mərhum gənc reper olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza