Modern.az

Dəhşətli qəzada ölən şəxs əməkdar məşqçi imiş... - FOTO

Dəhşətli qəzada ölən şəxs əməkdar məşqçi imiş... - FOTO

Hadisə

25 Dekabr 2023, 10:06

Dünən Sumqayıtda moped sürücüsünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, saat 23 radələrində 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovun idarə etdiyi moped 41-ci məhəllə adlanan ərazidə beton maneəyə çırpılıb.

 

Nəticədə ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib. Qəzada dünyasını dəyişən F. Bağırov tanınmış cüdo məşqçisidir.

 

Dünya və Avropa çempionu olan Füzuli Bağırov idman ustası və Azərbaycanın Əməkdar məşqçisi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza