Modern.az

Sumqayıtda maşın aşdı - İşıq dirəyi  sıradan çıxdı

Sumqayıtda maşın aşdı - İşıq dirəyi  sıradan çıxdı

26 Dekabr 2023, 16:42

Sumqayıtda avtomobil aşıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

 

İdarəetmədən çıxan “KİA” markalı avtomobil işıq dirəyinə çırpılıb və aşıb. Nəticədə avtomobil və işıq dirəyi yararsız vəziyyətə düşüb.

 

İlkin ehtimala görə, sürücü qarşısına çıxan avtomobili vurmamaq üçün manevr edən zaman maşın aşıb.

 

Hadisənin səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış