Modern.az

Dəhşətli qəza: Bir nəfəri yarım saatda iki dəfə maşın vurdu

Dəhşətli qəza: Bir nəfəri yarım saatda iki dəfə maşın vurdu

Hadisə

27 Dekabr 2023, 10:32

Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub.

 

Modern.az xəbər verir ki, hadisə dekabrın 25-də saat 19:30 radələrində baş verib.

 

Nəticədə, piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb. 

 

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza