Modern.az

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Hadisə

27 Dekabr 2023, 14:34

Bakıda yaşayış binasında yanğın olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 194 m² olan obyektin 1 otağının yanar konstruksiyaları, 1 ədəd kondisioner və 2 ədəd müşahidə kamerası, ümumi sahəsi 20 m² olan dəhlizdə 2 ədəd pəncərə çərçivəsi və 1 ədəd plastikdən ibarət qapı yanıb. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!