Modern.az

30 yaşlı kişi yanacaqdoldurma məntəqəsində bıçaqlandı

30 yaşlı kişi yanacaqdoldurma məntəqəsində bıçaqlandı

28 Dekabr 2023, 23:56

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Yeni Qəsəbə adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.1993–cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!