Modern.az

Xocavənddə qəza - Ölən var 

Xocavənddə qəza - Ölən var 

Hadisə

29 Dekabr 2023, 22:25

Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Adil Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.

 

Modern.az xəbər verir ki, Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sürücü ölüb.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!