Ötən gecə paytaxtın Xətai rayonunda - İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları 65 m² sahədə, 19-cu mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin döşəməsi 2 m² sahədə yanıb.
anğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.