Modern.az

DİN kikboksçu qadının sevgilisi tərəfindən döyülməsini araşdırır

DİN kikboksçu qadının sevgilisi tərəfindən döyülməsini araşdırır

Hadisə

1 Yanvar 2024, 11:58

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Modern.az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:
 

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır. Müraciət ərazi polis bölməsində icraata qəbul edilib. Müvafiq ekspertiza təyin olunub”.

 

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. 

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!