Modern.az

Sabirabadda iki maşın toqquşdu - Ölən var 

Sabirabadda iki maşın toqquşdu - Ölən var 

2 Yanvar 2024, 20:24

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı-Qarağac kəndi ərazisində baş verib. VAZ-2106 markalı avtomobil və “Hyundai” markalı avtomobillə toqquşub.

 

Qəza zamanı xəsarət alan Hüseynov Nəbi Bəxtiyar oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralıya lazımı tibbi yardım göstərilsə də, o, saat 19:10 radələrində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!