Modern.az

Piyada diqqətsizliyi yenə ağır qəzaya səbəb oldu

Piyada diqqətsizliyi yenə ağır qəzaya səbəb oldu

2 Yanvar 2024, 22:12

Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

 

Bu barədə Modern.az-a ADY-dən məlumat verilib.

 

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

 

ADY bir daha piyadaları 

 

kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə,

 

məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağa,

 

yolu keçərkən diqqəti yayındıran vərdişlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyə,

 

yol hərəkəti qaydalarına ciddi əməl etməyə, 

 

qəflətən qatarın yoluna çıxmamağa çağırır.

 

Əziz piyadalar! Unutmayın, sizin həyatınız ailəniz və cəmiyyətimiz üçün çox dəyərlidir. #ady #demiryolları

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!