Modern.az

Traktor kanala aşdı, sürücü xilas edildi

Traktor kanala aşdı, sürücü xilas edildi

Hadisə

3 Yanvar 2024, 18:59

Şabran rayonunda traktor qəzaya uğrayıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, “112” qaynar xəttinə rayonun Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

 

Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!