Modern.az

“Mercedes\" “KamAZ”a çırpıldı - Ölən var

“Mercedes\

5 Yanvar 2024, 14:40

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!