Modern.az

BMW yol kənarındakı maşınlara çırpıldı - Anbaan görüntülər

BMW yol kənarındakı maşınlara çırpıldı - Anbaan görüntülər

6 Yanvar 2024, 11:26

Bakıda BMW markalı maşın yol kənarındakı avtomobillərə çırpılıb.

 

Modern.az xəbər verir ki, hadisənin görüntüsü ziyan dəyən nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb. 

 

Qəza paytaxtın mərkəzi küçələrindən birində baş verib.

 

Məlumata görə, BMW markalı avtomobil yol kənarında park vəziyyətində olan “Toyota Prius” markalı 77-DP-136 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və bir neçə digər avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

 

Sözügedən görüntüləri təqdim edirik:

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu