Modern.az

“Mercedes” 22 yaşlı gənci vurub öldürdü

“Mercedes” 22 yaşlı gənci vurub öldürdü

7 Yanvar 2024, 09:07

Balakəndə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, hadisə Püştətala kəndində baş verib.

 

Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var