Modern.az

Perinatal Mərkəzdə yanğın: Körpə və analar təxliyə edildi - FOTO/VİDEO

Perinatal Mərkəzdə yanğın: Körpə və analar təxliyə edildi - FOTO/VİDEO

9 Yanvar 2024, 07:19

Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.

 

Modern.az xəbər verir ki, əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğının binanın dördüncü mərtəbəsində 35 kv.m sahədə olması müəyyən olunub. Binanın 3 və 4-cü mərtəbəsində olan personal, körpələr və analar təxliyyə olunub. Hazırda araşdırmalar gedir.

 

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da hadisə yerinə gəlib. Qurumdan bildirilib ki, 50-yə qədər körpə və qadın təxliyə edilib

 

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

 

"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir", - TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

 

Yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

 

Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.

 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var