Modern.az

Lənkəranda ağır qəza - Ölən var

Lənkəranda ağır qəza - Ölən var

10 Yanvar 2024, 13:38

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Veravul kəndi ərazisində qeydə alınıb.

 

1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb.

 

Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı