Göygöldə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ markalı minik maşını toqquşub. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.