Modern.az

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Hadisə

10 Yanvar 2024, 17:46

Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.

 

Modern.az-ın məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

 

Nəticədə avtomobillərdə olan bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal