Modern.az

Sürücünü döyüb maşınını əlindən aldılar

Sürücünü döyüb maşınını əlindən aldılar

Hadisə

12 Yanvar 2024, 11:20

Yanvarın 11-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilinin quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Ələsgərov müəyyən olunaraq saxlanılıb.

 

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

“Mercedes” markalı avtomobilin sürücüsünün döyüldüyü, avtomobilinin əlindən alındığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var