Modern.az

Bakıda güclü partlayış - VİDEO/FOTO

Bakıda güclü partlayış - VİDEO/FOTO

Hadisə

15 Yanvar 2024, 13:48

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğının söndürülməsi işləri davam edir.

 

Modern.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

Hadisə yerində olan şahidlərin sözlərinə görə, partlayış nəticəsində yaralanlar olub.

1315336

***

13:00

 

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

***

12:33

 

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

 

***

 

Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

 

***

 

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

 

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU