Modern.az

Bakıda vaqon deposunda YANĞIN

Bakıda vaqon deposunda YANĞIN

16 Yanvar 2024, 13:44

Bakıda vaqon deposunda yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı