Modern.az

Dağıntılar altından daha bir cəsəd çıxarıldı - Ölənlərin sayı 9-a çatdı

Dağıntılar altından daha bir cəsəd çıxarıldı - Ölənlərin sayı 9-a çatdı

16 Yanvar 2024, 16:44

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bununla da partlayış nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb.

 

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

14:50

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

 

Bu barədə Modern.az-a nazirlikdən bildirilib.

 

Bununla da ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı