Modern.az

Lift qırıldı, 4 nəfər yaralandı - YENİLƏNİB

Lift qırıldı, 4 nəfər yaralandı - YENİLƏNİB

Hadisə

16 Yanvar 2024, 21:26

Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

 

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

 

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

 

***

20:47

Bakıda yaşayış binasında lift qırılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

 

İlkin ehtimala görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı