Modern.az

Bakıda dəhşət: Mərasim evinin tavanı çökdü, yaralılar var - FOTO/VİDEO

Bakıda dəhşət: Mərasim evinin tavanı çökdü, yaralılar var - FOTO/VİDEO

Hadisə

19 Yanvar 2024, 13:12

Bakıda mərasim evinin tavanı çöküb.

 

Daxili İşlər Nazirliynindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

 

Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

1316684

1316685

1316686

1316687

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı