Modern.az

Ağdaşdan acı xəbər: 2 nəfər öldü, 4 yaralı var 

Ağdaşdan acı xəbər: 2 nəfər öldü, 4 yaralı var 

Hadisə

19 Yanvar 2024, 21:50

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması iki nəfərin ölümü ilə nəticələnib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, olayda “VAZ”ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.

 

Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı