Modern.az

Azərbaycanda yenidən ZƏLZƏLƏ oldu

Azərbaycanda yenidən ZƏLZƏLƏ oldu

Hadisə

20 Yanvar 2024, 20:09

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

 

Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

Bildirilib ki, Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

 

Yeraltı təkanlar episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

 

Zəlzələ ocağı yerin 5 kilometr dərinliyində olub.

 

Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı