Modern.az

Sürücü sükan arxasında ürəktutmadan öldü - Avtomobil qəzaya uğradı

Sürücü sükan arxasında ürəktutmadan öldü - Avtomobil qəzaya uğradı

22 Yanvar 2024, 09:34

Xaçmazda sürücünün sükan arxasında ürək tutması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bostançı kənd sakini, 64 yaşlı Əhmədov Xəqani Zəbişah oğlu sükan arxasında qəflətən dünyasını dəyişib. Nəticədə onun idarə etdiyi 90 EE 613 dövlət nömrə nişanlı “VAZ 2104” avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?