Modern.az

Bakıda dava: Gecə klubunun mühafizəçisi bıçaqlandı - Anbaan görüntülər

Bakıda dava: Gecə klubunun mühafizəçisi bıçaqlandı - Anbaan görüntülər

Hadisə

24 Yanvar 2024, 09:48

Bakıda klubda insident olub, xəsarət alan var.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

 

 

Onun sözlərinə görə, ötən gün paytaxtın Səbail rayonunda klubların birində insident olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: "Hadisədə bir nəfər yüngül xəsarət alıb. Fakta görə cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir".

 

***

09:00

Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib.

 

Modern.az "Baku.ws"ə istinadən xəbər verir ki, Sahil bağı ətrafında yerləşən kluba 3 nəfər bıçaqla daxil olmaq istəyib.

 

Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istməyəndə dava düşüb.

 

Daha sonra 3 nəfərin dava zamanı bıçaqlandığı deyilir. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı