Modern.az

Dəm qazından ölən qardaşlar - Biri tələbə idi, digəri 3 ay öncə evlənmişdi - FACİƏ

Dəm qazından ölən qardaşlar - Biri tələbə idi, digəri 3 ay öncə evlənmişdi - FACİƏ

Hadisə

26 Yanvar 2024, 13:12

ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi, hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb.

 

Modern.az xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.


Əldə etdiyimiz məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.


Qardaşlar əslən Tovuz rayonundandırlar.


Sərxan Həsənov III sinfə qədər Tovuz rayonunun Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində təhsil alıb. Daha sonra valideynlərinin məsləhəti ilə Sumqayıta gəlib və qohumugildə qalaraq təhsilini bu şəhərdəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə davam etdirib.

2020-ci ildə Sumqayıt şəhindəki 22 nömrəli tam orta məktəbi qızl medalla bitirən S.Həsənov ali məktəblərə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. 

Prezident təqaüdçüsü olan Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsini seçərək, orada təhsil alırdı. O, bakalavr pilləsini bitirdikdən sonra magistraturanı xaricdə - Avropa və ya Amerikada almağı düşündüyünü bildirmişdi.
 

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı