Modern.az

Marketdən 6 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Marketdən 6 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Hadisə

27 Yanvar 2024, 11:05

Bakıda marketdən oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 6055 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal