Modern.az

Məktəbli şagird yoldaşları tərəfindən DÖYÜLDÜ

Məktəbli şagird yoldaşları tərəfindən DÖYÜLDÜ

29 Yanvar 2024, 21:15

Bakıda məktəblinin döyülməsi ilə bağlı məsələ araşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

 

Qeyd olunub ki, hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə bu gün məlumat daxil olub.

 

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə o bildirib. 

 

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 75 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi 7 nəfər yeniyetmə tərəfindən döyülüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı