Modern.az

5 gün əvvəl avtobusun vurduğu yaşlı qadın öldü

5 gün əvvəl avtobusun vurduğu yaşlı qadın öldü

Hadisə

30 Yanvar 2024, 09:58

Bakıda 5 gün əvvəl avtobusun vurduğu 76 yaşlı qadın ölüb.

 

Modern.az xəbər verir ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən "Ulduz" marketin qarşısında baş verib.

 

Famil İsgəndərov idarə etdiyi "BMC" markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, ötən gün ölüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı